logo

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib


Yaradılıb: 18-11-2023 12:46

Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin  ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi  “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyaları keçirilir.  

Hövsan Aerasiya Stansiyasının ərazisində təşkil olunmuş növbəti ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növ meyvə və həmişəyaşıl ağaclar əkilib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.