“Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu
“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) 1995-ci ildə “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu və “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun bazasında yaradılıb. İnstitutun əsas fəaliyyət istiqamətlərinə yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, tikinti üçün mühəndis axtarışları, elmi-tədqiqat işləri kimi fundamental sahələr daxildir. “Sukanal” ETLİ yeraltı və səthi sular əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, “Azərsu” ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı yardımçı bina və qurğuları layihələndirməklə məşğuldur.
“Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu
AZ1012 Bakı, Azərbaycan
Moskva prospekti 73
Tel/Fax: (+99412) 430-19-90
office@sukanal.az, http://www.sukanal.az
“Bakı Sukanal” İdarəsi
“Bakı Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin 18.03.2011-ci il tarixli 17 saylı əmrinə əsasən Bakı Su Kəməri İstismar İdarəsi və Bakı Kanalizasiya Xidməti İdarəsinin bazasında yaradılmışdır. İdarənin fəaliyyətnin əsas istiqaməti su təchizatı və kanalizasiya şəbəkələrini müasir standartlara xidmət göstərmək, Bakı şəhəri əhalisini içməli su və kanalizasiya xidmətləri ilə təmin etməkdir.
“Bakı Sukanal” İdarəsinin xidməti ərazisində ümumi tutumu 934 min kubmetr olan 13 mərkəzi su anbarı vardır. Bakı şəhəri üzrə magistral su kəmərlərinin uzunluğu 2400 km, yağış suları və kanalizasiya kollektorlarının uzunluğu 485 kilometrdir. İdarə 6 tullantı sutəmizləyici qurğu və 55 kanalizasiya-nasos stansiyasına xidmət göstərir.
“Bakı Sukanal” İdarəsi
AZ 1040 Bakı, Azərbaycan
Sabuçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 3.
Tel: (+99412) 565-36-87, fax:(+99412) 565-36-89
“Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü tarixli 282 saylı sərəncamına müvafiq olaraq “Azərsu“ ASC-də struktur islahatları aparılmış, şəhər və kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyətinə nəzarəti gücləndirmək məqsədi ilə Cəmiyyətin tabeliyində “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
“Birləşmiş Sukanal“ MMC Gəncə, Şəki, Mingəçevir, Şirvan, Ağdaş və Göyçay şəhərlərində 154937 əhali, 5970 qeyri-əhali qrupu abonentinə xidmət göstərir.
“Birləşmiş Sukanal“ MMC
AZ 1122 Bakı, Azərbaycan
Akim Abbasov küçəsi 110
Tel: (+99 412) 434-06-12, fax: (+99412) 433-67-25
“Sutikinti” Müəssisəsi
“Sutikinti” Müəssisəsi “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirir. Müəssisə həmçinin elmin və texnikanın yeni nailiyyətlərindən istifadə, tikinti işlərinin kompleks mexanikləşdirilməsi, istehsalat və tikinti texnologiyasının yaxşılaşdırılması, yeni texnikanın, mütərəqqi material və konstruksiya növlərinin tətbiqi digər texniki-təşkilati işlərlə məşğuldur.
Əvvəllər “Sutikinti” Tresti, “Sutikinti” Birliyi adı altında fəaliyyət göstərən təşkilat 2003-cü ildən “Sutikinti” Müəssisəsinə çevrilmişdir. 2011-ci ilin may ayına qədər müstəqil hüquqi şəxs olmuş “Babək” İdman-Sağlamlıq Mərkəzi, Təmir-tikinti İdarəsi, "Sutikinti” Müəssisəsinin tabeliyinə verilmişdir.
“Sutikinti” Müəssisəsi
AZ 1147 Bakı, Azərbaycan
Mir Cəlal küçəsi 34a
Tel:(+99412) 568-55-20, fax:(+99412) 568-75-66
Mərkəzi laboratoriya
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə yaradılıb. Ümumi sahəsi 1800 kvadratmetr olan bina içməli su və tullantı suları bölmələrindən ibarətdir. Laboratoriyada içməli su və tullantı suları fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. Mərkəzi laboratoriya fiziki və hüquqi şəxslərə də su analizi sahəsində xidmət göstərir.
AZ 1141 Bakı, Azərbaycan
Akim Abbasov 137
Tel:(+99412) 538 61 45