logo

Zəfər günü ərəfəsində şəhid ailələri ziyarət olunub


Yaradılıb: 06-11-2023 15:17

       

8 noyabr Zəfər Günü ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların ailələrini ziyarət edib.  

Şəhid ailələrinin üzvləri ilə görüş zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad edib. Bu ilin sentyabrında keçirilmiş uğurlu  antiterror əməliyyatı nəticəsində  ölkəmizin suverenliyi tam bərpa olunub.

 Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib. Xalqımız vətən qarşısında borcunu şərəflə yerinə yetirərək qəhrəmancasına şəhid olmuş və yaralanmış gənclərlə qürur duyur. Görüşlərdə Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi  diqqət və qayğıdan danışılıb, bu istiqmətdə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən bəhs olunub.

Qeyd edək ki, Vətən müharibəsində “Azərsu” ASC-nin 3 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, 20 əməkdaşı isə yaralanıb. Eyni zamanda Səhmdar Cəmiyyətdə çalışan 25 işçinin ailə üzvü şəhid olub, 45 nəfərin isə ailə üzvü yaralanıb.