logo

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin abonentlərinin sayı 4,5 faiz artıb


Yaradılıb: 14-09-2023 11:29

Son 1 ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 4,5 faiz, 2023-cü ilin əvvəlindən isə 3,4 faiz artıb.

01 sentyabr 2023-cü il tarixinə ölkə üzrə 1808538 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1736490 və ya 96 faizi əhali, 72048 və ya 4 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.

Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

01 sentyabr 2023-cü il tarixinə abonentlərin 89,3 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,1 faiz, qeyri əhali qrupu üzrə isə 95,5 faiz təşkil edir.