logo

“Əməyin mühafizəsi və təhlükəsizliyi” mövzusunda tədbir keçirilib


Yaradılıb: 19-08-2023 12:25

Avqustun 18-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Əməyin mühafizəsi və təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.  

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məsələlərin daim diqqətdə saxlanıldığını qeyd edərək bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, təsdiq olunmuş illik plan-qrafiki əsasında işçilərin iştirakı ilə müvafiq istiqamətdə tədbirlər, monitorinqlər və görüşlər keçirilir. Bu cür görüşlərin keçirilməsində məqsəd iş yerlərində işçilərin sağlamlığına və təhlükəsizliyinə cavab verən əmək şəraitinin yaradılmasına kömək göstərməkdir. İşçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün struktur bölmələri tələbata uyğun olaraq fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunur.

“Azərsu” ASC-nin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi Kamil Hüseynov bildirib ki, əməyin təhlükəsizliyi və sağlamlığın idarə edilməsi ilə bağlı konkret iş sahələrinə dair təlimatlar hazırlanıb. Hər bir iş yerində bu təlimatlardan mütləq şəkildə istifadə olunmasının, işçilərin səhhəti, həyatı üçün risklərin qarşısı alınmasının zəruriliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, əməyin mühafizəsi, iş yerlərində əməyin təhlükəsiz idarə edilməsi, sağlamlığın qorunması mexanizminin yaradılması ilə bağlı hüquqi-praktiki maarifləndirmə işləri aparılır.  

Tədbirdə son günlər müşahidə olunan isti hava ilə əlaqədar iş rejimləri və işçilərin sağlamlığının qorunması tədbirləri barədə məlumatlar verilib