logo

“Azərsu” ASC “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb


Yaradılıb: 12-07-2023 14:34

                 

Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib. 2 illik fəaliyyətin yekunlarına görə Azərbaycan Dövlət  Su Ehtiyatları Agentliyinin "Azərsu" ASC-i, Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi “Ən fəal dövlət qurumu" mükafatına layiq görülüb.

Digər 28 qurum isə səmərəli əməkdaşlığa görə təltif olunub. Enezaret Platforması vətəndaşlardan onları narahat edən infrastruktur və abadlıqla əlaqədar müxtəlif problemlərlə bağlı müraciətləri qəbul edir və aidiyyəti dövlət qurumlarına yönəldərək onların həllinə nail olur. 2 illik fəaliyyətin yekunlarına görə problemlərin təxminən 70%-dən çoxu öz həllini tapıb. Müvafiq hesabat dövrü ərzində 31 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılmasında və bu müraciətlərdə qeyd olunan problemlərin həllində Platforma ilə əməkdaşlıq edib.