logo

Bir sıra müştəri xidmətlərinin göstərilməsində müvəqqəti fasilə yaranacaq


Yaradılıb: 16-06-2023 13:12

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Müştəri informasiya sisteminin məlumat bazasının yenilənməsi və təkmilləşdirilməsi ilə əlaqədar 17 iyun 2023-cü il tarixindən saat 23:30-dan etibarən 24 saat müddətində yeni sistemə keçid işləri aparılacaqdır. Bununla əlaqədar  müştəri informasiya sisteminə bağlı aşağıda qeyd olunan sistemlərin fəaliyyəti prossesin davam edəcəyi müddətdə müvəqqəti dayandırılacaq.

  • Dövlət qurumları ilə bağlı veb servislər
  • APUS ödəniş sistemləri
  • Asanpay Ödəniş sistemi
  • Bütün operatorlardan sorğuları qəbul edən hesaba ödəniş sistemləri
  • Smart kart ödəniş sistemləri
  • Elektron xidmətlər
  • Smart proqramlar
  • MİS-lə inteqrasiyada işləyən CİS proqramları
  • Məlumat hesabat proqramları (Dashboard-lar)
  • İVR borc öyrən xidməti
  • Mobil oxumalar
  • MİS-in bütün modulları
  • Zəng mərkəzinin MİS qeydiyyat imkanları
  • Digər daxili proqramlar

Profilaktiki tədbirlərlə əlaqədar qeyd olunan müddətdə smart-kartlara yükləmə əməliyyatlarının aparılması, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış  borcların ödənilməsi mümkün olmayacaq. Bunları nəzərə alaraq abonentlər ehtiyat tədbirləri görməli, zərurət varsa balanslarını gün ərzində artırmalıdır. Borcların öyrənilməsi və ödənilməsi, elektron xidmətlər və s. əməliyyatların profilaktiki işlər yekunlaşdıqdan sonra aparılması mümkün olacaq. Qeyd olunan müddətdə 955 Zəng mərkəzinin fəaliyyətində də müəyyən məhdudiyyətlər yaranacaq.

 Abonentlərdən məsələyə anlayışla yanaşmağı xahiş edirik.