logo

Su sektorunun problemləri ABŞ-ın Nebraska Universitetinin mütəxəssisləri ilə müzakirə edilib


Yaradılıb: 28-06-2022 14:47

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və ABŞ-ın Nebraska Universitetinin nəzdində fəaliyyət göstərən Su Elmi Laboratoriyası (Water Sciences Laboratory) arasında su sektorunun müasir problemləri mövzusunda onlayn görüş keçirilib. Görüşdə “Azərsu” ASC-nin, Mərkəzi Laboratoriyanın və  “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun mütəxəssisləri  iştirak ediblər.

 Görüş zamanı iqlim dəyişiklikləri nəticəsində su sektorunda yaranan  problemlər müzakirə edilib. Bildirilib ki, dünyanın bir çox ölkələrində əhali  quraqlıq və su çatışmazlığından əziyyət çəkir. Buna görə də su mənbələrinin istismarı ilə məşğul olan dövlət qurumları, milli və beynəlxalq təşkilatlar və şirkətlər dünyada artan su tələbatını ödəmək üçün həll yolları axtarmalıdır.

Azərbaycanda dayanıqlı içməli su sistemlərini yaradılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi əsas aktual məsələlərdən olduğu nəzərə alınaraq  növbəti görüşdə ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsi planlaşdırılıb.

Qeyd edək ki, Nebraska Universitetinin əsas fəaliyyətlərindən biri təhsil proqramları, peşəkar inkişaf, təcrübə və təqaüdlər vasitəsilə yeni su tədqiqatçılarının inkişafına kömək etmək, su tədqiqatçıları və mühəndislər yetişdirməkdən ibarətdir. Bütün bunları nəzərə alaraq digər elmi müəssisələr, o cümlədən universitetləri bu layihəyə cəlb etmək məqsədəuyğun hesab edilir və bu məqsədlə Bakı Dövlət Universiteti ilə də danışıqlar aparılıb.