logo

İnsan resursları


   “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prioritetlərinə daxil olan əsas məsələlərdən biri insan resurslarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsidir. Kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təklif və rəylərinə baxılması və digər müvafiq işlərin təkmilləşdirilməsi işləri İnsan resursları şöbəsi tərəfindən həyata keçirilir.

   “Azərsu” ASC-yə işə qəbul yalnız İnsan resursları şöbəsi tərəfindən elan olunmuş vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik və bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir və bu işdə həlledici rolu iddiaçıların peşə keyfiyyəti oynayır. Kadrların yerləşdirilməsində, vəzifə irəliləyişində əsas prinsiplər işçinin ixtisasına uyğun bilik səviyyəsi, təyin olunacaq vəzifə və ya peşəyə uyğun əmək stajı, peşə bacarığıdır.

 “Azərsu” ASC-də açılan vakansiyalar (boş iş yerləri) Cəmiyyətin  korporativ veb-səhifəsinin(www.azersu.az“İnsan resursları” bölməsi vasitəsilə iş axtaranların diqqətinə çatdırılır.

Kadrların seçimi zamanı onların bilik və peşəkarlıq səviyyəsi İnsan resurslarının idarə olunması şöbəsinin mütəxəssisləri tərəfindən yoxlanıldıqdan sonra vəzifə təlimatına və peşələrin ixtisas tələblərinə cavab verən namizədlər kadr ehtiyatına daxil edilir və ixtisasına (peşəsinə) uyğun vakant yerlərə təyin edilir.

 Məlumat üçün bildirik ki, “Azərsu” ASC-də yeni işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı (peşə  imtahanı), ikinci mərhələ isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.


CV-lərinizi    hr@azersu.az   e-mail ünvanına göndərə bilərsiniz.

   Müraciət formasında iddia edilən vəzifənin adı göstərilməlidir