logo

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək


Yaradılıb: 04-04-2024 17:08
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupunun İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında növbəti iclası keçiriləcək.
İclasda "Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması" qaydalarının tələblərinə əsasən görüləcək işlər və qarşıda duran vəzifələr iclas iştirakçılarına təqdim olunacaqdır.
Bununla yanaşı Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunal xidmətlərə “Su Şəbəkəsinə” qoşulma indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin ilkin layihəsinin müzakirəsi aparılacaqdır.
Eyni zamanda sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərdə qaldırılan məsələlərə dair müzakirələrin aparılması nəzərdə tutulmuşdur.
GÜNDƏLİK- 06.04.2024 -“Kommunal xidmətlərə (su təchizatı şəbəkəsinə) qoşulma” işçi qrupu