logo

“Azərsu” ASC qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Yaradılıb: 19-03-2024 14:58

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması  məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və  magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

 İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar  955 Zəng Mərkəzinə müraciət etsinlər.