logo

İçməli suyun verilməsində məhdudiyyət olacaq


Yaradılıb: 11-09-2023 10:40

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su  məhdudiyyətlərlə verilir. Bu müddətdə abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik.

Yaranmış narahatlıqla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatlatı Agentliyi “Azərsu” ASC abonentlərdən üzr istəyir.