logo

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilmiş idman yarışlarının qalibləri mükafatlandırılıb


Yaradılıb: 10-05-2023 18:03

         

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin  ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilən spartakiada tipli idman yarışlarına yekun vurulub.  10 may 2023-cü il tarixində yarışların yekunlarına həsr olunmuş tədbirdə qaliblər mükafatlandırılıb.

ADSEA “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin  100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından silsilə tədbirlər keçirildiyini bildirib. Tədbirlər Planına uyğun olaraq keçirilən spartakiada tipli idman yarışları başa çatıb və qaliblər müəyyən olub.

     

Yarışlarda iştirak etmək üçün Cəmiyyətin aparatı və 25 təşkilatından 388 əməkdaş iştirak edib. Onlardan 200 nəfər mini futbol, 46 nəfər stolüstü tennis, 36 nəfər şahmat, 28 nəfər dama, 48 nəfər nərd, 30 nəfər isə domino üzrə yarışlarda öz qüvvələrini sınayıb.

K. Həsənov qalibləri təbrik edərək onlara əmək fəaliyyətində və gələcək yarışlarda uğurlar arzulayıb.

Sonda yarışların qaliblərinə mükafatlar təqdim olunub.