logo

Mərkəzi Laboratoriyada yeni analizlər üzrə təlim keçirilib


Yaradılıb: 28-02-2023 12:36

     

“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında qaz xromatoqrafı (GC) və yüksək effektli maye xromatoqrafı (HPLC) cihazlarında su nümunələrində mikrokomponentlərin təyini analizlərinə başlanılıb.

Mərkəzi laboratoriyanın və Almaniyanın “Senior Experten Service”şirkətinin birgə əməkdaşlığı çərçivəsində kimyaçı, xromatoqrafiya və instrumental analizlər üzrə mütəxəssis Klaus Şlett Mərkəzi Laboratoriyada olub.

K.Şlett laboratoriyanın mütəxəssisləri üçün su nümunələrində İSO 6468 (pestisidlər), İSO 15680 (uçucu üzvi birləşmələr), İSO 17993 (aromatik karbohidrogenlər) standartları üzrə təlimlər keçib.