logo

955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq


Yaradılıb: 21-01-2023 12:18

Rabitə sistemində aparılan texniki işlərlə əlaqədar 21 yanvar 2023-cü il tarixində saat 13:00-dan etibarən bir neçə saat müddətinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.