logo

"Azərsu" ASC-nin rəhbərliyi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib


Yaradılıb: 12-12-2022 15:12

     

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.

Dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, ulu öndərin xatirəsini ehtiramla anırlar.

“Azərsu” ASC-nin rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.