logo

"Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Qax və Şəki sakinlərini qəbul edəcək


Yaradılıb: 16-11-2022 14:59

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 25 noyabr 2022-ci il tarixində Qax şəhərində Qax və Şəki sakinlərini qəbul edəcək.

Qəbul saat 10:00-dan başlayaraq Qax şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Qax və Şəki Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.