logo

“Su Şəbəkəsinə Qoşulma” işçi qrupunun növbəti iclası keçirilib


Yaradılıb: 10-10-2022 14:33

     

07 oktyabr 2022-ci il tarixində İqtsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Su Şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun sədrliyi  keçirilən iclasda “Su şəbəkəsinə qoşulma” indikatoru üzrə hazırlanmış matrisa sənədinin son variantının təqdimatı olub. E.Məmmədov bildirib ki, diaqnostika matrisasında təqdim olunmuş nümunəvi formaya uyğun ətraflı və əsaslandırılmış məlumatlar, zəruri qanunvericilik sənədləri əksini tapıb.

     

Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev hazırlanmış matrisa sənədində əksini tapan tədbirlərin “Su şəbəkəsinə qoşulma” sahəsində təkmilləşdirilmələrə müsbət  töhfə verəcəyini bildirib.

İclasda  Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə və effektiv həyata keçirilməsi, eləcə də qurumlararası əlaqələrin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.