logo

"Azərsu” ASC-nin Masallı Sukanal Sahəsinin əməkdaşı Niyaməddin Sultanzadənin anım günüdür.


Yaradılıb: 22-11-2021 11:17
"Azərsu” ASC-nin Masallı Sukanal Sahəsinin əməkdaşı Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin anım günüdür. 44 günlük Vətən müharibəsində Niyaməddin Sultanzadə Cəbrayıl, Füzuli, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif olunub.
“Azərsu” ASC-nin kollektivi şəhid Niyaməddin Sultanzadənin xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
https://www.facebook.com/AzersuASC/videos/649351362771765