logo

Bu gün 3 saylı ASAN kommunal mərkəzinin açılışı olub


Yaradılıb: 28-07-2021 15:01

   

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı "ASAN kommunal" mərkəzinin açılış mərasimi keçirilib.       

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev və digər qonaqlar iştirak ediblər.

     

 3 saylı “ASAN Kommunal” mərkəzi Bakı şəhərində sayca 3-cü mərkəzdir. “ASAN kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib.

3 saylı “ASAN Kommunal” mərkəzi Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Mərkəzdə videomüşahidə, elektron növbə sistemləri və digər lazımi şərait yaradılıb.  Mərkəzdə “Azərsu” ASC, “Azərişıq” ASC və  “Azəriqaz” İB tərəfindən 52, ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək. Burada ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmətlər  göstərəcəkdir. Qeyd edək ki, bu, Bakı şəhərində fəaliyyət göstərən sayca 3-cü “ASAN Kommunal” mərkəzidir.

Mərkəzdə əməkdaşların sayı 90, könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.