logo

İçməli suyun verilməsində fasilə yaranacaq


Yaradılıb: 29-10-2014 16:00

 

    Bakı şəhəri Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 300 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar 30 oktyabr 2014-cü il tarixdə gün ərzində Bülbül prospekti, S.Vurğun, C.Məmmədquluzadə və R.Rza  küçələrinə içməli su məhdudiyyətlə veriləcəkdir.

 

     Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.