logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 28-10-2014 15:55

    Bakıətrafı dairəvi avtomobil yolunun tikintisi işləri çərçivəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə su xəttinin magistral yola düşən hissəsinin köçürülməsilə əlaqədar 29 oktyabr 2014-cü il tarixdə gün ərzində Mehdiabad, Digah, Məhəmmədi, Sabunçu, Zabrat qəsəbələrinə, Gülüstan yaşayış massivinə  və Xəzər rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcəkdir.

   Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.