logo

Xocalı Sukanal İdarəsi yaradılmışdır


Yaradılıb: 15-10-2014 15:35

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti qaçqın və məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı nəticəsində məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilmiş, onların mənzil şəraiti yaxşılaşdırılmışdır. Bu istiqamətdə tədbirlərin davamı olaraq məcburi köçkünlərə göstərilən içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir.

   Əhalisinin əksər hissəsini Xocalı rayonundan olan məcburi köçkünlərin təşkil etdiyi Goranboy rayonunun Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələrinə, eləcə də Cəmilli və Meşəli kəndlərinə  “Azərsu” ASC-nin “Birləşmiş Sukanal”  MMC-nin Xocalı Su Təchizatı Qurğularının İstismarı və Su Satışı filialı xidmət göstərirdi.  Qəsəbədə istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, mövcud şəbəkələrin saxlanması və səmərəli istifadə olunmasını təmin etmək məqsədilə filialın bazasında Xocalı Sukanal İdarəsi yaradılmışdır.

    Xocalı Sukanal İdarəsinin xidmət göstərdiyi yaşayış məntəqələrində 10 ədəd su anbarı, 32 km su xətti mövcuddur.