logo

"Azərsu" ASC təhsil və karyera sərgisində sertifikat qazanmışdır


Yaradılıb: 13-10-2014 16:41

                  

“Azərsu” ASC Bakı Ekspo Mərkəzində keçirilmiş  8-ci Azərbaycan Beynəlxalq “Təhsil” (“Education-2014”) sərgisi və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” (“Career-2014”) sərgisində sertifikata layiq görülmüşdür.

Sərgi təşkilatçılarından ibarət komissiyanın yekun qərarına görə “Azərsu” ASC-nin stendi “Ziyarətçilərlə ən fəal olan stend” nominasiyasının qalibi olmuşdur.

Sərgi müddətində “Azərsu” ASC-nin stendi böyük marağa səbəb olmuşdur və yüzlərlə ziyarətçi  tərəfindən izlənilmişdir.  3 gün davam edən sərgidə 450 nəfər “Azərsu” ASC-də işləmək arzusunda olduğunu bildirərək şəxsi məlumatlarını təqdim etmişdir. Bu göstəriciyə görə “Azərsu” ASC-nin stendi sərgidə təmsil olunan təşkilatlar arasında xüsusilə seçilmişdir.

8-ci Azərbaycan Beynəlxalq “Təhsil” (“Education-2014”) sərgisi və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” (“Career-2014”) sərgisində Azərbaycan Dövlət Neft Şirkətinin stendi ”Ən yaxşı stend təqdimatı”, Baku 2015 (İlk Avropa Oyunları) “Ən yaxşı debüt”, “Azercell” şirkəti “Ən yaxşı korporativ stil” nominasiyalarının qalibi olmuşdur.

Qeyd edək ki,  “Azərsu” ASC tərəfindən  sərgiyə 13 vəzifə və 4 peşə üzrə vakant iş yerləri çıxarılmışdır. Sərgidə 20 ölkədən 122 iştirakçı xüsusi stendlə təmsil olunmuşdur.