logo

Sabunçu və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaqdır


Yaradılıb: 13-10-2014 11:31

  Maştağa-Ramana-Sabunçu magistral su kəmərinin  yenidən qurulması layihəsi çərçivəsində  yeni çəkilmiş 1000 mm diametrli  magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 14 oktyabr 2014-cü il  saat 09:00-dan etibarən Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Ramana Südçülük Sovxozuna, məcburi köçkün şəhərciyinə, Yeni Suraxanı və  Savalan yaşayış massivlərinə, eləcə də Samir Əliyev küçəsinin bir hissəsinə içməli suyun verilməsi 36 saat müddətində məhdudlaşdırılacaqdır.

 Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.