logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 01-07-2014 09:38

    Bakı şəhəri Xətai rayonu Natiq Əliyev küçəsindən keçən 500 mm diametrli magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar 01 iyul 2014-cü il tarixdə gün ərzində  Babək prospekti, N.Rəfiyev, N.Əliyev küçələrinə və “Qara şəhər” ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

     Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.