logo

Stolüstü tennis və şahmat yarışlarının qalibləri mükafatlandırılmışdır


Yaradılıb: 14-06-2014 16:06

 

05 iyun -“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı və “Azərsu” ASC-nin yaranmasının 10 illik yubileyi münasibətilə keçirilmiş stolüstü tennis və şahmat yarışlarına yekun vurulmuşdur.

İki gün davam yarışlarda Səhmdar Cəmiyyətin idarə, müəssisə və təşkilatlarında  müxtəlif vəzifələrdə çalışan 40 əməkdaş iştirak etmişdir. Yarış iştirakçılarının 24-ü stolüstü tennis, 16-sı isə şahmat oyunlarında qüvvələrini sınamışdır. Yarışlar olimpiya qaydaları çərçivəsində keçirilmişdir.

Yarışların nəticələrinə görə, “Sukanal” ETLİ-nun elmi işçisi Dilarə Əliyeva qadınlar arasında stolüstü tennis üzrə birinci yeri tutmuşdur. Kişilər arasında stolüstü tennis yarışlarında isə ən yüksək nəticəni “Azərsu” ASC Aparatının əməkdaşı  Cavid Cabbarlı göstərmişdir. Şahmat yarışlarında isə birinci yeri   Nəqliyyat və Xüsusi Texnika İdarəsinin sürücüsü  Səmərxan  Rzayev tutmuşdur.

İyun ayının 11-də qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Yarışın qalibləri mükafat, diplom və medallarla təltif olunmuşlar.