logo

“Transsərhəd yeraltı sular üzrə ümumi qaydalar” istifadəyə tövsiyə edilmişdir


Yaradılıb: 02-06-2014 15:23

    
  

   BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən “Sərhəddən keçən su axınlarının və Beynəlxalq göllərin  mühafizəsi və istifadəsi üzrə”  Helsinki Konvensiyasının  yeraltı  sulara  tətbiqini özündə əks etdirən “Transsərhəd yeraltı sular üzrə ümumi qaydalar” (Model Provisions on Transboundary Groundwaters) hazırlanmışdır.

  Qaydaların dünyanın müxtəlif ölkələrindən olan yüksək peşəkarlığa malik təcrübəli mütəxəssislərindən ibarət əsas heyət tərəfindən hazırlanaraq Helsinki Konvensiyası Tərəfdaşlarının 6-cı sessiyasında qəbul edilmişdir.  Azərbaycandan əsas  heyətə “Azərsu” ASC “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu direktorunun elmi işlər üzrə müavini geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov dəvət edilmiş və sənədin hazırlanmasında aktiv iştirak etmişdir.

  Qaydalar transsərhəd yeraltı sulardan istifadə edən tərəfdaş ölkələrin öhdəlikləri,  transsərhəd yeraltı sulardan ədalətli istifadə, yeraltı suların çirklənməkdən və ehtiyatlarının tükənməsindən mühafizə, birgə monitorinqlər, razılaşdırılmış idarəetmə planlarının hazırlanması, yerüstü və yeraltı sulardan kompleks istifadə, informasiya mübadiləsi, fəaliyyətlərin koordinasiyası və digər məsələləri tənzimləyir. (http://www.unece.org/env/water).

  UNECE Helsinki Konvensiyası Tərəfdaşlarının 6-cı sessiyası bu qaydalardan transsərhəd yeraltı sulardan istifadə edən ölkələr arasında ikitərəfli və çoxtərəfli müqavilələrin bağlanmasında və bağlanmış müqavilələrə yenidən baxılmasında istifadəni tövsiyə etmişdir.