logo

Məcburi köçkün ailələrinə ərzaq yardımı edilmişdir


Yaradılıb: 26-05-2014 15:32

       

  Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 may Respublika günü ərəfəsində Saatlı  rayonunda  müvəqqəti  məskunlaşmış  qaçqın və məcburi  köçkün  ailələrinə ərzaq yardımı edilmişdir.

   Un, yağ, şəkər tozu, qənd, düyü və digər ərzaq məhsullarından ibarət  yardım Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilmişdir.

   Ərzaq yardımı əsasən Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki  məcburi köçkün qəsəbəsində yaşayan 676 nəfərə, Nərimankənddə  məskunlaşmış 426 nəfərə, rayon mərkəzində və ətraf kəndlərdə 1155 nəfər məcburi köçkünə çatdırılmışdır. “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin etmişlər.