logo

Lənkəran şəhərində regional təlimlər başlanılmışdır


Yaradılıb: 23-05-2014 15:39

         

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin  "Regional Təlim-İnkişaf Proqramı-1” layihəsi çərçivəsində Lənkəran şəhərində Kompleks Təlim Planının icrasına başlanılmışdır.

19 may 2014-cü il tarixində start verilən təlimlərə  "Birləşmiş Sukanal" MMC-nin cənub zonası üzrə  sukanal idarələrinin (Cəbrayıl, Astara, Biləsuvar, Lənkəran, Masallı, Salyan, Yardımlı, Cəlilabad, Lerik) əməkdaşları cəlb olunmuşlar. Təlimlər  “Azərsu” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssisləri  tərəfindən  aparılır. Təlim iştirakçıları nəzəri biliklər əldə etməklə yanaşı, Xanbulançay su anbarı və tikilməkdə olan sutəmizləyici qurğular kompleksinə səfər etmişlər.

 Təlim müddətində iştirakçıların  asudə vaxtlarının səmərəli keçirilməsinə xüsusi diqqət yetirilmişdir. Təlim iştirakçılarının Lənkəranın səfalı yerlərinə  ekskursiyaları təşkil edilmişdir.

 

"Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində cənub  zonası üzrə 100 nəfərə yaxın işçinin  təlimlərə cəlb olunması nəzərdə tutulur. Ümumilikdə təlimlərin 7 regionda keçirilməsi planlaşdırılır. Təlimlərə Səhmdar Cəmiyyətin  "Birləşmiş Sukanal" MMC-nin, bölgələrdə fəaliyyət göstərən  digər qurumlarının 8 vəzifə və peşə istiqaməti üzrə (kommersiya qrupu rəhbərləri və mühəndisləri, su kəməri təsərrüfatında nəzarətçilər, mühasiblər, kompyuter operatorları, ustalar, sahə rəisləri, təmirçi çilingərlər, kadrlar üzrə müfəttişlər) işçiləri cəlb olunur.