logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 19-05-2014 15:56

    Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin  tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin  yeri dəyişdiriləcəkdir.  Bununla  əlaqədar 20 may 2014-cü il tarixində saat 00:00-dan Bakının Qaradağ rayonunun Şıxlar və Qobustan qəsəbələrinə içməli suyun verilməsi 36 saat müddətinə dayandırılacaqdır. Bu müddətdə Qaradağ rayonunun Səngəçal, Səbail rayonunun  Badamdar, Binəqədi rayonunun Xocasən və Biləcəri  qəsəbələrinin bir hissəsinə içməli su məhdudiyyətlə veriləcəkdir.

        Yaranacaq narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.