logo

"Azərsu" ASC-nin əməkdaşları "Heydər zirvəsi"nə yürüşdə uğurla iştirak etmişlər


Yaradılıb: 10-05-2014 11:23

                              

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Şahdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüş uğurla başa çatmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi yürüşdə “Azərsu” ASC-nin əməkdaşları da iştirak etmişlər.

 Nazirliyin Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə cəmiyyətin əməkdaşları Kəmaləddin Quliyev, Rüfət Qədəşov, Elşən Həsənov, Ceyhunə Məmmədova,  Orxan Nadirov, Günel Eldarova, Samir Süleymanov və  İslam Kazımov mayın 7-8-də "Heydər zirvəsi"nə doğru yürüş etmişlər.

Təşkilat Komitəsi tərəfindən aksiyanın mütəşəkkilliyi təmin olunmuş, o cümlədən yürüş marşrutu müəyyənləşdirilmiş, marşrut üzərində tam təchizatlandırılmış çadırlardan düşərgə qurulmuş, çətin relyef və iqlim şəraiti olan dağlarda insanların təhlükəsizliyi təmin edilərək yürüşlərin yüksək səviyyədə təşkilinə nail olunmuşdur.

 Azərsu” ASC-dən olan yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra zirvəyə qalxmış, Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək dövlət bayrağını dalğalandırmışlar.            

Yürüşdə iştirak etmiş “Azərsu” ASC-nin əməkdaşları Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının müvafiq sertifikatları ilə təltif olunmuşlar.