logo

"Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində regionlarda təlimlərə başlanılmışdır


Yaradılıb: 14-05-2014 11:12

           

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin  "Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində "Kompleks Təlim Planı" layihəsinin icrasına start verilmişdir. 7 regionda təşkil olunmuş təlimlərdə Səhmdar Cəmiyyətin  "Birləşmiş Sukanal" MMC-nin, bölgələrdə fəaliyyət göstərən  digər qurumlarının 8 vəzifə və peşə istiqaməti üzrə (kommersiya qrupu rəhbərləri və mühəndisləri, su kəməri təsərrüfatında nəzarətçilər, mühasiblər, kompyuter operatorları, ustalar, sahə rəisləri, təmirçi çilingərlər, kadrlar üzrə müfəttişlər) işçilərin iştirakı nəzərdə tutulur.

 Layihə çərçivəsində ilk təlim 05 may 2014-cü il tarixdə respublikanın şimal bölgəsində yerləşən sukanal idarələri (Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz, Qusar) üzrə başlanmışdır. Təlimlər Bakı Dövlət Universiteti ilə bağlanmış müqavilə çərçivəsində universitetin Quba rayonunda yerləşən müasir Təlim-Təcrübə və İstirahət Mərkəzində təşkil olunmuşdur. Mayın 23-dək davam edəcək təlimlərdə iştirakçılar biliklərlə yanaşı,  Quba Sukanal İdarəsinin İnzibati binasında (müasir laboratoriya, SCADA otağı və s.) və yeni texnologiyalarla təchiz olunmuş müasir tipli Qəçrəş Su anbarında təcrübə keçmək imkanı qazanmışlar.

   Təlim müddətində iştirakçıların  asudə vaxtlarının səmərəli keçirilməsi xüsusi diqqət yetirilmişdir.  Təlim - Təcrübə və İstirahət Mərkəzinin idman kompleksində təlim iştirakçılarının istirahətinin təşkili üçün əlverişli imkan yaradılmışdır. Bundan başqa iştirakçıların Quba Soyqırım Memorial Kompleksinə ekskursiyası təşkil edilmişdir.

   Ümumilikdə  "Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində “Azərsu” ASC-nin 1000-ə yaxın əməkdaşının müvafiq vəzifələr və peşələr üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur

 

.