logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 13-05-2014 11:00

   Kür su kəmərləri sisteminin 1400 mm diametrli magistral xətlərindən birinin Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 14 may 2014-cü il tarixdə saat 00:00-dan Bakının Qaradağ rayonuna, Səbail rayonunun  20-ci sahə və Badamdar qəsəbələrinə, Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli su 36 saat müddətində məhdudiyyətlə veriləcəkdir.

   Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.