logo

"Azərsu" ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 1247652-ə çatmışdır


Yaradılıb: 07-05-2014 10:07

  2014-cü ilin yanvar-mart aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 29.5 min abunəçi və ya 2,4 faiz artmışdır. 01 aprel 2014-cü il tarixinə olan məlumata görə, ölkə üzrə 1247652 abunəçi su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata  alınmışdır.  İstehlakçıların 1205387-i və ya 96,6  faizi  əhali, 42265-i və ya 3,4 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.

  2014-cü ilin birinci rübündə əhali qrupu abunəçilərinin sayı 2,4 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 3,3 faiz artmışdır. Hesabat dövründə abunəçi sayında artım nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş vermişdir.

 01 aprel 2014-cü il tarixə “Azərsu” ASC-nin  sayğacla təmin olunmuş abunəçilərinin sayı 673287-ə çataraq  sayğaclaşma səviyyəsi 54,5 faiz təşkil etmişdir.