logo

Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 22-04-2014 14:07

 

Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 22 aprel 2014-cü il tarixdə  Nizami rayonunun Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov  və Tofiq  Abbasov küçələrinə  içməli suyun verilməsi saat 19:00 radələrinədək dayandırılacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.