logo

Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 02-04-2014 08:56

    Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yeni çəkilmiş 1000 mm diametrli boru xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 02 aprel 2014-cü il tarixində gün ərzində Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

          Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.