logo

Bakının 24 saat su alan bəzi yerlərinə içməli su müvəqqəti olaraq rejimlə veriləcəkdir


Yaradılıb: 28-02-2014 15:49

    Kür-Bakı magistral su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə verilən içməli suyun həcmi azaldılmışdır. Bununla əlaqədar 01-05 mart 2014-cü il tarixlərində Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının 24 saat fasiləsiz su ilə təmin olunan bəzi yerlərində içməli suyun verilməsi səhər və axşam olmaqla rejimə keçiriləcəkdir.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.