logo

Xocalı Sukanal İdarəsinin işçiləri ilə görüş keçirilmişdir


Yaradılıb: 26-02-2014 14:01

     Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Sukanal İdarəsinin işçiləri ilə görüş keçirmişlər.

   Görüşdə Xocalı sakinləri faciə barədə acı xatirələrini danışmış, bu soyqırımın təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş terror aktı olduğunu qeyd etmişlər.  Bildirilmişdir ki, qaçqın və məcburi köçkünlər müvəqqəti olaraq doğma torpaqlarından uzaq düşsələr də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. O da vurğulanmışdır ki, “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin üzvlərinin, qaçqın və məcburi köçkünlərin, o cümlədən  Xocalıdan olan işçilərin sosial problemlərinin həlli Səhmdar Cəmiyyət tərəfindən daim diqqətdə saxlanılır.

    Tədbirin sonunda Xocalı Sukanal İdarəsinin əməkdaşlarına yardım bağlamaları təqdim olunmuşdur.