logo

"Azərsu" ASC işçi qəbulu elan edir


Yaradılıb: 31-01-2014 13:33

  Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin idarə  olunmasında yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir. İdarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə  Səhmdar Cəmiyyətin icra etdiyi layihələrdə  SCADA sistemi yaradılır və hazırda bəzi layihələrdə bu sistem uğurla tətbiq olunur. SCADA sistemində suyun mənbələrdən götürülərək istehlakçılara çatdırılmasına qədər bütün mərhələlərdə infrastrukturların fəaliyyətinə onlayn rejimdə nəzarət olunması nəzərdə tutulur. Son illər yeni layihələrin icrası  ilə əlaqədar SCADA sisteminin əhatə dairəsi genişlənmiş və bu sahə üzrə ixtisaslı kadrlara böyük ehtiyac yaranmışdır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC SCADA sisteminin idarə olunması üzrə mühəndis, dispetçer və operatorların işə qəbulunu elan edir.  Bu sahə üzrə işləmək istəyən namizədlər müvafiq peşələr üzrə təhsilə və iş təcrübəsinə, işə qəbul elanında göstərilən tələbləri yerinə yetirmək bacarığına malik olmalıdır. İşçi qəbulu elanları “Azərsu” ASC-nin internet saytında yerləşdirilmişdir və maraqlananlar daha ətraflı məlumatları saytın “İnsan resursları” bölməsindən (http://azersu.az/125-Vakansiyalar)  əldə edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər CV-lərini   hr@azersu.az   e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən vəzifənin adı göstərilməlidir.

“Azərsu” ASC-də işçi qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələ isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir. Bilik və peşəkarlıq səviyyəsi yoxlanıldıqdan sonra vəzifə təlimatına və peşələrin ixtisas tələblərinə cavab verən namizədlər  ixtisasına uyğun vakant yerlərə təyin edilir və ya  kadr ehtiyatına daxil edilir.