logo

Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır


Yaradılıb: 27-01-2014 14:04

  İstehlakçılara  verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə “+110 Şərq” su anbarının 500 mm diametrli çıxış xətti üzərində KROHNE elektromaqnit tipli su sayğacı quraşdırılır. Bununla əlaqədar 28 yanvar 2014-cü il tarixdə gün ərzində Xətai rayonunun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

 Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.