logo

Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 10-01-2014 16:09

    Ziya Bünyadov prospektində yol qovşaqlarının tikintisi, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa olimpiya oyunlarına hazırlıqla bağlı tədbirlərə uyğun olaraq Ziya Bünyadov prospektindən keçən iridiametrli magistral su kəmərinin yerinin dəyişdirilməsi və yeni birləşmələrin verilməsi ilə əlaqədar 12 yanvar 2014-cü il saat 23:00-dan etibarən 36 saat müddətində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin Heydər Əliyev adına neft emalı və “Azərneftyağ” neft emalı zavodlarına suyun verilməsində məhdudiyyətlər tətbiq olunacaqdır.

     Yaranacaq narahatçılıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.