logo

"Azərsu" ASC-nin mətbuat xidməti sorğunun qalibi olmuşdur


Yaradılıb: 29-12-2013 13:48

  Jurnalistlərin Müsahibə Klubunun  Facebook sosial şəbəkəsində  dövlət şirkətləri və səhmdar cəmiyyətlərinin mətbuat xidmətlərinin fəaliyyəti   ilə bağlı keçirdiyi sorğu başa çatmışdır. Sorğuda müvafiq qurumların mətbuat xidməti rəhbərlərinin 2013-cü ildəki fəaliyyəti qiymətləndirilmişdir. Sorğunun  nəticələrinə görə dövlət şirkətləri və səhmdar cəmiyyətlərin mətbuat xidmətlərinin rəhbərləri arasında  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı daha çox səs toplayaraq birinci yeri tutmuşdur. Sonrakı yerləri  “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətləri tutmuşdur.

Qeyd edək ki,  Jurnalistlərin Müsahibə Klubu Facebook qrupunun  mətbuat nümayəndələrindən ibarət 200 üzvü var.