logo

Yeni il bayramı münasibəti ilə məcbüri köçkünlərə ərzaq yardımı edilmişdir


Yaradılıb: 28-12-2013 13:53

                                  

  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dekabr ayında silsilə tədbirlər həyata keçirilmişdir.  Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yeni il  bayramı münasibəti ilə Saatlı  rayonunda  müvəqqəti  məskunlaşmış  qaçqın və məcburi  köçkün  ailələrinə ərzaq yardımı edilmişdir.

  Ümumilikdə burada məskunlaşmış Cəbrayıl, Fizuli, Ağdam, Laçın, Zəngilan və digər işğal olunmuş rayonlardan olan 593 məcburi köçkün ailəsinə ərzaq yardımı paylanmışdır.

 Səhmdar Cəmiyyətin Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi növbəti yardım tədbiri Bakı şəhəri Suraxanı rayonunda yerləşən 7 saylı uşaq evində keçirilmişdir. Gətirilmiş bayram hədiyyələri  uşaq evinə təqdim edilmişdir.