logo

Bakının Binəqədi, Nərimanov və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 19-12-2013 17:08

   Bakı şəhəri Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən və “+69 Şərq”  su anbarını qidalandıran 1200 mm diametrli magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 20-21 dekabr 2013-cü il tarixlərində Bakının Binəqədi, Nərimanov və Nizami rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər  olacaqdır.

  Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.