logo

Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli su fasilələrlə veriləcəkdir


Yaradılıb: 26-11-2013 10:40

     Bakı şəhəri Yasamal və Nəsimi rayonlarına verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə şəhərin giriş hissəsində - Moskva prospektindən keçən 500 mm diametrli magistral su  xətti üzərində yeni elektron su sayğacı quraşdırılır. Bununla əlaqədar 26 noyabr 2013-cü il tarixdə gün ərzində Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

 Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.