logo

Layihələrin keyfiyyətlə icra olunmasında geodeziya işləri xüsusi əhəmiyyət daşıyır


Yaradılıb: 20-11-2013 16:50

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətində su təchizatı və kanalizasiya sektorunda elmi yeniliklərin, yeni texnologiyaların mənimsənilməsi və tətbiqinə xüsusi  diqqət yetirilir. Səhmdar Cəmiyyətdə tətbiq olunan  yeni texnologiyaların təbliğ edilməsi bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə mütəxəssislər mütəmadi olaraq elmi konfranslarda, treninq və seminarlarda, ixtisasartırma kurslarında iştirak edirlər.  

    Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında elektron idarəetmədə geoməkan məlumatlarının istifadəsi” mövzusunda keçirilən tədbirdə “Azərsu” ASC-də  geodeziya sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir. “Azərsu” ASC-nin Geodeziya və torpaqayırma şöbəsinin rəisi Şahin Camalov su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında geodeziyanın və topoqrafiyanın rolu mövzusunda çıxış etmişdir. Ölkəmizin su mənbələri, su təchizatı sahəsində həyata keçirilən infrastruktur layihələri və dövlət proqramları barədə məlumat verən Ş.Camalov layihələrin icrasında geodeziya və topoqrafiyanın əhəmiyyətindən danışmışdır. “Azərsu” ASC-nin təmsilçisi bildirmişdir ki, hidrotexniki qurğuların tikintisinin keyfiyyətlə aparılması üçün geodeziya işləri xüsusi əhəmiyyət daşıyır və Səhmdar Cəmiyyətdə bu məsələyə ciddi önəm verilir.

   Daha sonra Ş.Camalov “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sistemi – AzersuCİS  və SCADA sistemləri barədə tədbir iştirakçılarını məlumatlandırmış və əlavə etmişdir ki, bu sistemlər su təchizatı və kanalizasiya infrastrukturlarının idarəolunmasını asanlaşdıracaqdır.