logo

Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 05-11-2013 15:26

    Bakı şəhəri Xətai rayonu Mingəçevir küçəsindən keçən və uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xətti yenisi ilə əvəz olunmuşdur. Yeni xəttin şəbəkəyə qoşulması ilə əlaqədar 06 noyabr 2013-cü il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

    Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir