logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 28-10-2013 10:07

    Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində istismar dövrünü başa vurmuş magistral su xətti yenisi ilə əvəz olunmuşdur. Hazırda mövcud şəbəkənin  yeni çəkilmiş magistral su  xəttinə  qoşulması işləri aparılır. Bununla əlaqədar 28-29 oktyabr 2013-cü il tarixlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsinin  Nazim İsmayılov, Habil Balakişiyev, Zabrat və Pirməmməd küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.