logo

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 24-10-2013 16:34

     Abşeron rayonu Novxanı qəsəbəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 25 oktyabr 2013-cü il tarixdə gün ərzində Saray, Novxanı, Mehdiabad, Goradil və Fatmayı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

 Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.